Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Şuşada 1 189 nəfər seçici səs verəcək.
Bu barədə 2 fevral tarixində Report məlumat verib.
124 saylı Şuşa - Ağdam - Xocalı - Xocavənd dairə seçki komissiyasının azad edilən Şuşa şəhərində yeni yaradılan 105 saylı seçki məntəqəsinin katibi Elnur Məhərrəmov deyib ki, məntəqədə 7 fevral - növbədənkənar prezident seçkiləri günü 1 189 nəfər seçici səs verəcək və artıq bildirişlərin paylanması prosesi başa çatıb.