top
Şuşada türk dünyasının mədəni turizm perspektivlərinə dair beynəlxalq elmi konfrans keçirilir
01 dekabr 2023, 05:54
- ↺ +

Şuşada türk dünyasının mədəni turizm perspektivlərinə dair beynəlxalq elmi konfrans keçirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şuşada "Türk dünyasının mədəni turizm perspektivləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 1 dekabr tarixində xəbər verir.

Dövlət Turizm Agentliyi ilə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən təşkil olunan tədbirin məqsədi türkdilli dövlətlərin ortaq turizm məhsulları və marşrutlarının yaradılması istiqamətində fikir mübadiləsi aparılması, bu sahədə əməkdaşlıq perspektivlərinin müzakirə olunmasından ibarətdir.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın rəsmi qurumlarının təmsilçiləri, mədəni irs üzrə ekspertləri iştirak edirlər.

Konfransda açılış nitqi ilə çıxış edən Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bu tədbirin Şuşa şəhərində keçirilməsinin təsadüfi olmadığını, Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olması ilə yanaşı, Azərbaycan üçün qələbə və sülh rəmzinə çevrildiyini bildirib.

A.Hüseynova tədbirin əhəmiyyətini vurğulayaraq, ortaq mədəni irsə sahib olan türkdilli dövlətlərin turizm sahəsində əməkdaşlığının gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib. O, konfransın yekunlarının türk xalqları arasında əməkdaşlıq perspektivlərinin genişləndirilməsinə dəstək olacağından əminliyini bildirib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov Şuşanın ölkəmizin ən gözəl və tarixi-memarlıq abidələri ilə zəngin guşələrindən biri olduğunu qeyd edib.

O, şəhərin özündə və ətrafında mədəni turizmin inkişafi üçün kifayət qədər imkanların mövcudluğunu vurğulayıb. Konfransın işinə uğurlar arzulayan T.Novruzov gələcəkdə yeni turizm marşrutlarının imkanlarını vurğulayıb.

Sonra konfransda TDT üzv ölkələrin nümayəndələri "Türkdilli ölkələrin köçəri həyat tərzinin turizm məhsuluna çevrilməsi" mövzusunda təqdimatlarla çıxış ediblər. İtməkdə olan köçəri həyat tərzinin türk xalqları arasında, eləcə də Azərbaycanda hələ də qorunub saxlandığı qeyd edilib. Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Agentliyin mütəxəssisləri tərəfindən hazırlanmış nominasiya sənədi ilə "Xınalıq kəndi və Köç yolu Mədəni Landşaftı"nın bu ilin sentyabrında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi vurğulanıb. Konfrans çərçivəsində, həmçinin iştirakçı ölkələrdə köçəri mədəniyyətini əks etdirən fotolardan ibarət sərgi də təşkil olunub.

Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə türk xalqlarının ortaq mətbəx nümunələrinin təqdimatı da keçirilib. Açıq havada – Şuşadakı tut bağında təşkil olunan tədbirdə qonaqlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mətbəx nümunələrini təqdim edən stendlərlə tanış olublar. Təqdimatın iştirakçıları hər bir türkdilli dövlətin milli xörəklərindən, şirniyyatlarından dadmaq imkanı əldə ediblər. Ziyarətçilərə qutab növləri, plovlar, beşbarmak, kumıs, Qarabağ kətəsi, fərqli növ ət yeməkləri, türk qəhvəsi təqdim edilib. Həmçinin xüsusi dizayn edilmiş köşklərdə türkdilli ölkələrdən dəvət edilmiş tanınmış aşpazlar ustad dərsləri keçirərək canlı yemək bişirilməsi prosesi nümayiş etdiriblər.

[caption id="attachment_140182" align="alignnone" width="696"] Foto Report.az saytı[/caption]

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər