Şüvəlanda sərnişin sürücünü bıçaqla hədələyərək pulunu mənimsəyib. Bu barədə 11 mart tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində “Toyota Prius” markalı bir avtomobildə sürücünün sərnişini tərəfindən bıçaqla hədələnərək quldurluq yolu ilə pulunun talanması barədə polisə məlumat daxil olub.
Quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Qasımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.