Qaz xətlərinə, tüstü bacalarına və havalandırma xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq olunacaq. Bu barədə 8 aprel tarixində Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Sözügedən qaydaların pozulmasına görə fiziki şəxslər 200-400, vəzifəli şəxslər 1 000-1 500, hüquqi şəxslər 2 500-3 000 manatadək cərimə ediləcək.
Qanun 2022-ci ilin may ayının 1-dən qüvvəyə minəcək.