Azərbaycanda taksi sifarişi xidməti göstərmək istəyən qlobal aqreqator ölkədə filial və yaxud nümayəndəlik yaratmalı olacaq. Bu, Milli Məclisə daxil olan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.
Bu barədə 12 iyun tarixində Report məlumat verib.
Sənədə əsasən, bununla bağlı məlumat təqdim edə bilməyən şirkətlərə sərnişin daşımaları üçün icazə verilməyəcək.
Həmçinin Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərdə taksometr quraşdırılması təklif edilir.