Televiziya aparıcısı Aysel Fərziyeva “ARAZ” supermarketlər şəbəkəsinin Marketinq kommunikasiyaları şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu barədə İnsanoid bu gün, 2 avqust tarixində xəbər verir.
Bunu o, sosial şəbəkədə yazıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçmiş mətbuat katibi A.Fərziyeva “Lider TV” və ATV-də ”Xəbərlər” və müxtəlif ictimai-siyasi verilişlərin aparıcısı olub. “ARB 24” və Real TV-də bir sıra verilişlərin aparıcısı və layihə rəhbəri kimi fəaliyyət göstərib.