Abşeron polisi üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyi üçün əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Xasməmmədovu saxlayıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 17 yanvar tarixində xəbər verir.
Onda 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı və şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. R.Xasməmmədov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və polisə könüllü təhvil vermək yerinə, satmaq üçün özündə saxladığını bildirib.
Araşdırmalar davam etdirilir.