Tərtər rayonunun Poladlı kəndində fəaliyyət göstərən "Bolmart" mağazasında və Sabirabad rayonunun Kovlar kəndində məişət tullantılarının, Abşeron rayonu Ceyranbatan qəsəbəsində isə istifadə müddəti bitmiş un məmulatlarının ətrafa atılması və qalaqlanması faktları müəyyən edilib.
Bu barədə 7 avqust tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Faktlarla bağlı "Bolmart" mağazasının sahibi Tural Abbasov, Kovlar kənd sakini Zəka Kərimov və Ceyranbatan qəsəbə sakini Məmməd Məmmədov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.