Gədəbəydə bıçaqlanma hadisəsi baş verib. Bu barədə Report 1 may tarixində xəbər verib.
Tərtər rayon sakini, 18 yaşlı A.Cabbarov Gədəbəy rayonunda naməlum şəraitdə bıçaq xəsarəti alıb.
A.Cabbarov xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin başvermə səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.