Tərtərdə 9-cu sinifdə oxuyan qızı 10-cu sinif şagirdi qaçırıb. Bu barədə İnsanoid Lent.az-a istinadən bu gün, 3 may tarixində xəbər verir.
Rayonun kənd məktəblərinin birində 10-cu sinif şagirdi olan oğlan 9-cu sinifdə təhsil alan qızı evlənmək üçün qaçırıb.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, belə bir hadisə qeydə alınıb, hazırda faktla bağlı araşdırma aparılır:
"Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. Oğlanla qız arasında iki yaş fərqi var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma aparılır".