Tərtər rayonunda "Ford" markalı avtomobil ağaca çarpılıb. Bu barədə Report 22 dekabr tarixində xəbər verir.
Qəza zamanı avtomobilin sürücüsü, 31 yaşlı Bərdə şəhər sakini Munasib Abidov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.