Rusiya Federasiyasının Tatarıstan Respublikasının təhsil və elm naziri İlsur Xadiullinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Bu barədə İnsanoid Elm və Təhsil Nazirliyinə istinadən bu gün, 22 noyabr tariixndə xəbər verir.
Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb.
Səfər çərçivəsində qonaqlar STEAM İnnovasiya Mərkəzini ziyarət ediblər. Nümayəndə heyətinə mərkəzdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, mərkəzdə aviasiya məkanı, klassik və uşaqlar üçün Nyuton, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3 D hologram”, VR zonaları mövcuddur.
Nümayəndə heyəti, həmçinin Bakı Dövlət Universitetini (BDU) ziyarət edib və rektor Elçin Babayevlə görüşüb. Görüş zamanı BDU-nun Tatarıstan Respublikasının ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri müzakirə olunub. Nazir İlsur Xadiullin Kazan Federal Universitetində təhsil almış və hazırda BDU-da çalışan professor-müəllim heyəti ilə də görüşüb.
Qonaqlar Bakı Avropa liseyini ziyarət edib və müəssisədə yaradılan şərait, habelə tədris prosesi ilə tanış olublar.
Nümayəndə heyəti ilə, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş keçirilib. Görüşdə peşə təhsili sahəsində təcrübə və müəllim mübadiləsi, “Qardaşlaşmış məktəblər” layihəsinin icrası ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini də ziyarət ediblər.