Azərbaycan Dövlət Pantomima Teatrının Kadrlar İdarəsinin mütəxəssisi Aytən Kərimova cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 27 dekabr tarixində xəbər verir.
Xanım mütəxəssis 332 min manat mənimsəməkdə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.
Aytən Kərimova 2019-2022-ci illərdə bu vəzifədə çalışıb.