Akademik Rus Dram Teatrının avtobusu qəzaya uğrayıb. Bu barədə İnsanoid Olay.az-a istinadən bu gün, 30 may tarixində xəbər verir.
Heyət Şəki Dövlət Dram Teatrının səhnəsində “Ya, tı, on i telefon” (“Mən, sən, o və telefon”) tamaşasını oynamaq üçün bölgəyə yollanıblar.
Truppanı Şəkiyə aparan avtobusun dəmir konstruksiyaya ilişməsi nəticəsində bir tərəfində olan pəncərələri sınıb.
Bu zaman teatrın aktyorları avtobusdan enmək üçün qapı tərəfdə olublar. Onlardan xəsarət alan olmayıb.
[video width="1920" height="1080" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/05/1080p1.mp4"][/video]