“Bakı və Abşeron yarımadasında havanın yerə yaxın qatında müşahidə olunan bulud təbəqəsi sinoptik şəraitlə əlaqədar atmosfer hadisəsidir”.
Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 7 iyun tarixində xəbər verir.
Xidmətin rəisi müavini Gülnarə Abbasova qeyd edib ki, son günlər Bakıda və Abşeron yarımadasında isti hava şəraiti müşahidə olunur və havanın temperaturu 36 dərəcəyədək yüksəlib ki, bu göstərici iqlim normasından 6 dərəcə yuxarıdır:
“Bu da yüksək temperatur fonunda Xəzər dənizi üzərində su buxarı kondensasiyası məhsullarının toplanmasına və bulud təbəqəsinin yaranmasına səbəb olub”.