Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Çinin Şanxay şəhərində təlim-məşq toplanışında iştirak edəcək. Bu barədə İnsanoid federasiyanın mətbuat xidmətinə istinadən bu gün, 4 iyul tarixində xəbər verir.
Komanda iyulun 4-də start götürəcək hazırlıq prosesi üçün sözügedən ölkəyə yollanıb.
Avqustun 15-də başa çatacaq toplanışa məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Tunar Bağırov, Xədicə Eylazova, Yağmur Məmmədli və Onur Quluzadə qatılacaqlar.
Yığma avqustun ikinci yarısında Fransanın Strasburq şəhərindəki Avropa çempionatında mübarizə aparacaq.