Bakıda yerləşən doğum evlərinin tibb işçisi ilə yeni ata olmuş şəxsin dialoqu birmənalı qarşılanmayıb. Bu barədə İnsanoid sosial şəbəkələrə istinadən bu gün 20 iyun tarixində xəbər verir.
Qarabağ müharibəsi iştirakçısının 4 nömrəli doğum evində övladı üçün verdiyi şirinlik tibb işçisinə az gəlib. Tibb işçisi cavab olaraq bildirib: " Nə olsun ki, dövlət xəstəxanasıdır?! Şirinliyin də qədəri var".