Azərbaycanda şirkət rəhbərləri həbs edilib. Bu barədə aprelin 12-də Baş Prokurorluqdan məlumat verilib.
“Sahil-S İnşaat” MTK-nın sədri vəzifəsində işləmiş Alaverdiyev Taley “GG Company” MMC-nin direktoru Kərimov Pənahla qabaqcadan əlbir olaraq saxtakarlıq ediblər.
Onlar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivindəki yaşayış binasında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda, saxta müqavilə ilə ev satıblar.
Taley Alaverdiyev və Pənah Kərimov haqqında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.