“TikTok”da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 21 avqust tarixində məlumat verir.
Sumqayıt şəhərində avtobusda əl çantası oğurlanan sərnişinlərdən biri Sumqayıt polisinə müraciət edib. Müraciətdə bildirilib ki, içərisində 900 manat pul, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çanta oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.
Araşdırmalar zamanı S.Sadıqovanın “TikTok” sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim etməklə ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub.