Tovuzda fəaliyyət göstərən restoranda nöqsanlar aşkar olunub. Bu barədə 19 avqust tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Belə ki, nəzarət tədbirləri çərçivəsində Tovuz rayonunun Əsrik Cırdaxan kəndində fəaliyyət göstərən fiziki şəxs Həsənov Dilqəm Əli oğluna məxsus “Cənnət” restoranında yoxlama aparılıb.
Baxış zamanı sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, ictimai iaşə müəssisəsində sanitariya qaydalarına riayət edilmədiyi, bəzi qida məhsullarının döşəmədən məsafə saxlanılmadan yığıldığı, işçilərin mütəmadi olaraq tibbi müayinədən keçmədikləri, süni havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.
İnzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılaraq nəzarətə götürülüb.
[gallery columns="2" link="file" size="full" ids="126242,126243"]