top
Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan İlqar Mirzəyev
13 iyul 2023, 22:20
- ↺ +

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan İlqar Mirzəyev

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İlqar Anzor oğlu Mirzəyev 8 may 1973-cü ildə Gürcüstanın Qardabani şəhərində anadan olub.

O, 1980-1990-cı illərdə Qardabanidə orta məktəbdə oxuyub. Mirzəyev 1991-1995-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Daha sonra İlqar Mirzəyev leytenant rütbəsi ilə xidmətə başlayıb. Komandir kimi diviziya birincisi olduqdan bir müddət sonra Mirzəyev mayor rütbəsinə yüksəlib. İlqar Mirzəyev 2003-2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsilini davam etdirib. Müxtəlif illərdə Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkir şəhərlərində xidmət edib.

Xidməti dövründə İlqar Mirzəyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” və “Qüsursuz xidmətə görə” medallarına layiq görülüb.

Mirzəyev 2016-cı ildə aprel döyüşləri zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə, polkovnik rütbəsinə yüksəlib. O, həmin vaxt Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Mirzəyev 23 fevral 2019-cu ildə 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin olunub.

İlqar Mirzəyev 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 15 iyul 2020-ci ildə şəhid Bakıdakı II Fəxri xiyabanda dəfn edilib. 9 dekabr 2020-ci ildə İlqar Mirzəyev “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

14 iyul 2020-ci ildə Tovuz döyüşləri zamanı İlqar Mirzəyevlə birgə general-mayor Həşimov Polad İsrayıl oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu şəhidlik zirvəsinə ucalıblar.

Son xəbərlər

Xarici xəbərlər
Bu gün, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Bu gün, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Bu gün, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Bu gün, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Bu gün, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Bu gün, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Bu gün, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Bu gün, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Bu gün, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Bu gün, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Bu gün, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Bu gün, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
Dünən, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
Dünən, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
Dünən, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
Dünən, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
Dünən, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Yerli xəbərlər
Dünən, 16:19

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Yerli xəbərlər
Dünən, 16:15

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Oxşar xəbərlər