Tovuz rayonunda gənc qadın doğuşdan sonra xəstəxanada ölüb. Bu barədə Report 16 iyun tarixində xəbər verib.
İyunun 15-də rayon sakini, 21 yaşlı Aygün Nəcəfova doğuş üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Qadın oğlan uşağı dünyaya gətirib. Doğuşdan 1 gün sonra isə A.Nəcəfova xəstəxanada vəfat edib.
Onun dünyaya gətirdiyi uşağın sağlıq durumu normaldır.
Hazırda qadının ölüm səbəbi araşdırılır.