Tovuzda xəstəxanada 4 günlük körpə ölüb. Bu barədə 14 avqust tarixində Report məlumat verib.
Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib. Lakin yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.
Onun yaxınları iddia edirlər ki, körpə həkim səhlənkarlığı nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.