Tovuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə Report 12 iyun tarixində xəbər verib.
"VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 22 yaşlı Elçin Hüseynov dünyasını dəyişib, Tovuz rayon sakini, 26 yaşlı Orxan Abbasov isə ağır yaralanıb.
Yaralı Gəncə şəhərindəki xəstəxanaların birinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.