Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb. Bu barədə 9 dekabr tarixində APA məlumat verib.
Hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb-liseydə qeydə alınıb.
Məktəbin 2007-ci il təvəllüdlü 10-cu sinif şagirdi Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, o, sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyətində qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hazırda sözügedən məsələ ilə bağlı araşdırma aparıldığını deyib.