Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 6 fevral tarixində APA məlumat verib.
Hadisə Bakı - Ələt - Qazax - Gürcüstan avtomobil yolunda, rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan Göygöl rayon sakini Elbrus Məlikovun idarə etdiyi TIR yoldan çıxaraq dərəyə aşıb. Qəzadan sonra avtomobildə yanğın qeydə alınıb.
Yanğın söndürülüb, avtomobil yanğından mühafizə edilib. Sürücü yüngül xəsarət alıb.
TIR-in Rusiyaya yanacaq (mazut) apardığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.