Tovuzda zəhərlənmə faktı qeydə alınıb. Bu barədə 1 dekabr tarixində APA məlumat verib.
Hadisə Tovuz şəhərinin Əhməd Cavad küçəsində qeydə alınıb.
1954-cü il təvəllüdlü Rahilə Dəmirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.