Toy karvanında avtoxuliqanlıq edən şəxs cərimələnib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 6 iyul tarixində məlumat verir.
Sosial şəbəkələrdə Sabirabad rayonu ərazisində “VAZ-2107” markalı avtomobilin sürücüsünün toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsini əks etdirən görüntülər paylaşılıb.
Qeyd edilən qayda pozuntusunu törədən rayonun Qaragüney kənd sakini Vüqar Əhmədzadə müəyyən edilərək polis şöbəsinə dəvət olunub.
Burada onun barəsində inzibati qaydada protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə V.Əhmədzadə sürücülük hüququndan 1 illik məhrum edilməklə 500 manat məbləğində cərimə olunub.
[video width="640" height="368" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/07/Video-WhatsApp-2023-07-06-v-09.10.21.mp4"][/video]