Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA 8 may tarixində xəbər verib.
Bakıxanov qəsəbəsində, "Həyat Yolu" şadlıq sarayında keçirilən toyda dava düşüb. Dava zamanı 25 yaşlı Mirbala Qasımov bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.