Bakıda qəzaya düşən mopedin sərnişini ölüb. Bu barədə 23 may tarixində APA məlumat verib.
Belə ki, mayın 20-də Binəqədi rayonunun Cəfər Xəndan küçəsində 1984-cü il təvəllüdlü Kamil Şıxıcanovun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 2003-cü il təvəllüdlü Elnur Məmmədzadənin idarə etdiyi moped toqquşub.
Nəticədə Elnur Məmmədzadə və mopeddə sərnişin olan 2003-cü il təvəllüdlü Cavid İsgəndərli xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Sərnişin orada dünyasını dəyişib.