Bərdədə tullantıları yandıran market nümayəndələri cəzalandırılıblar. Bu barədə Report 20 iyul tarixində xəbər verib.
Bərdə rayonunun Dəymədağıldı və Uğurbəyli kəndlərinin ərazilərində fəaliyyət göstərən “OBA” və “Şuşa” marketlərin yaxınlığında tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı tullantıların sözügedən marketlərin əməkdaşları tərəfindən əraziyə atılaraq yandırıldığı məlum olub.
“Faktlarla bağlı marketlərin səlahiyyətli nümayəndələri İlqar İbişov və Hacı Hacızadə barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb. Ərazilər tullantılardan təmizlənib”