Türkiyə Böyük Millət Məclisinin iclasında DEM Partiyasının təklifi ilə bağlı müzakirələr zamanı gərginlik yaşanıb. Bu barədə İnsanoid Türkiyə KİV-lərinə istinadən bu gün, 5 iyun tarixində xəbər verir.
DEM Partiyasının millət vəkilləri Hakkari Bələdiyyə sədrinin vəzifədən alınmasına etiraz olaraq, kürsüyə çıxıblar. Bəzi millət vəkillərinin DEM Partiyası üzvlərinə reaksiya verməsindən sonra dava düşüb.
Milli Məclisin sədr müavini Gülizar Biçer Karaca iclası dayandırıb.