Türkiyə hava məkanını Ermənistan üçün bağlayıb. Məsələ ilə bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
Bu barədə 3 may tarixində APA məlumat verib.
Nazir deyib ki, Ermənistanın üçüncü ölkələrə uçuşları üçün hava məkanı bağlanıb.
Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatına İrəvanda abidə ucaldılması qəbuledilməzdir.
Nazir əlavə edib ki, hava məkanının qapadılmasından başqa da nə lazım olsa, onu edəcəklər.