Bakıda Türkiyə vətəndaşı olan Büşra Yanardağ itkin düşüb. Bununla bağlı qadının həyat yoldaşı polisə müraciət edib.
Bu barədə 6 aprel tarixində Report məlumat verib.
Türkiyə vətəndaşı Sinan Yıldırım ərizə ilə polisə müraciət edərək bildirib ki, 1994-cü il təvəllüdlü həyat yoldaşı Büşra Yanardağ aprelin 4-ü saat 22:00 radələrində birgə yaşadıqları evdən çıxaraq, geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.