“Azərbaycanın işğaldan azad edilən torpaqlarının yenidən qurulması və inkişafına dəstəyimiz davam edəcək”. Bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Bu barədə 31 iyul tarixində “Qafqazinfo” xəbər verib.
O bildirib ki, Türkiyə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsində beynəlxalq səyləri dəstəkləyir.
Həmçinin Türkiyənin XİN rəhbəri beynəlxalq ictimaiyyətə müraciət edərək, tərəflər arasında ayrıseçkiliyə yol verməməyə, sülhü dəstəkləməyə çağırış edib.
Eyni zamanda H.Fidan Zəngəzur dəhlizinin açılmasının bütün bölgə ölkələrinin xeyrinə olacağını qeyd edib.