Türkiyədə baş vermiş zəlzələdə həlak olmuş 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin dünyasını dəyişməsindən 1 il ötür. Bu barədə İnsanoid bu gün, 6 fevral tarixində xəbər verir.
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş bölgəsinin Pazarcık ərazisində 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni bölgənin Elbistan adlı yaşayış məntəqəsində olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Zəlzələ nəticəsində minlərlə insan həyatını itirib.
Yerli media tələbələrin Malatya şəhərindəki İnönü Universitetində təhsil aldıqlarını yazıb. Onların cəsədləri uzunmüddətli axtarışdan sonra fevralın 14-də tapılıb.