Bu gün Türkiyə Respublikasından olan media nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfərləri başlayıb. Bu barədə 14 avqust tarixində AZƏRTAC məlumat verib.
Media nümayəndələri əvvəlcə işğaldan azad edilmiş Ağdam şəhərinə gəliblər. Onlar burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, Ağdam azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan böyük quruculuq işləri ilə tanış olacaqlar.
Türkiyəli jurnalistlərin Füzuli, Zəngilan, Laçın və Şuşa rayonlarına da səfərləri nəzərdə tutulur.
[gallery link="file" columns="2" size="full" ids="125593,125592"]