Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycana səfər edəcək. Bu haqda 2 fevral tarixində Report məlumat verib.
Nazir sabah baş tutacaq Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edəcək. Toplantıda beynəlxalq enerji şirkətlərinin və maliyyə qurumlarının iştirakı gözlənilir.
Səfər çərçivəsində Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson da daxil olmaqla bir çox ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.