Türkiyənin gülləkeçirməz lövhələri Azərbaycanda da istehsal ediləcək. Bu barədə 19 avqust tarixində Report məlumat verib.
Bildirilib ki, sözügedən məsələ ilə bağlı tərəflər arasında protokol imzalanıb.
Sənədi “Akıncılar Taktik Tekstil” şirkətinin İdarə heyətinin rəhbəri Can Uzuntəpə və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev imzalayıblar.
Lövhələrin Azərbaycan Ordusunda da istifadəsi nəzərdə tutulur.
C.Uzuntəpə deyib ki, istehsal işlərinin bir hissəsi Azərbaycanda həyata keçiriləcək.
[gallery columns="1" link="file" size="full" ids="126343"]