Hulusi Akar Ermənistana çağırış edib. Bu barədə İnsanoid “Star”a istinadən bu gün, 27 aprel tarixində xəbər verir.
“Soyqırımı iddiaları Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması istiqamətindəki ən böyük maneədir”. - Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Azərbaycan 30 illik işğaldan sonra “bəsdir artıq” deyərək torpaqlarını azad etdi:
“Bundan sonra biz Ermənistana sülh əli uzatdıq. Arzumuz Ermənistanın ən qısa vaxtda uzatdığımız sülh əlini tutması, belə səhv addımlarla xalqının gələcəyinə mane olmamasıdır”.