Türkiyənin təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Bakıdakı "Türk şəhidliyi"ni ziyarət edib. Bu barədə 31 yanvar tarixində Report məlumat verib.
Əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.
Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanı və Bakıdakı "Türk şəhidliyi"nə baş çəkib.