Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) sədrlik Türkiyədən Azərbaycana keçib.
Bu barədə İnsanoid Report-a istinadən bu gün, 6 iyun tarixində xəbər verir.
TÜRKPA Şurasının Bakıda keçirilən 13-cü iclasında bu barədə qərar qəbul edilib.
Belə ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sədrliyi azərbaycanlı həmkarı Sahibə Qafarovaya təhvil verib.