Şuşa bu il qarışıq döyüş növləri (MMA) üzrə beynəlxalq turnirə ev sahibliyi edə bilər. Bu barədə martın 16-da Sputnik Azərbaycan MMA Federasiyasının prezidenti Şəhriyar Abbasova istinadən məlumat paylaşıb.
Federasiya prezidentinin sözlərinə görə, hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır.
Turnirin Cıdır düzündə keçirilməsi nəzərdə tutulur. Lakin yarışın baş tutacağı tarix hələ müəyyənləşməyib.