top
Üç erməni generala görə Nobel ala bilməyən Yusif Məmmədəliyevin ölümünün böyük sirri - ARAŞDIRMA + FOTO
23 noyabr 2024, 00:20
- +

Üç erməni generala görə Nobel ala bilməyən Yusif Məmmədəliyevin ölümünün böyük sirri - ARAŞDIRMA + FOTO

“Həkimlərə deyib ki, mənə qan vurmayın. Gecə növbəsində isə ona 100 qram qan vurublar. Yarım saat sonra vəfat edib".

Bunu uzun illər kimyaçı alim, Elmlər Akademiyasının (EA) akademiki və prezidenti, Azərbaycan SSRİ Ali Sovetinin deputatı Yusif Məmmədəliyevlə birlikdə çalışan kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü Məhərrəm Məmmədyarov hafiztimes.com-a müsahibəsində deyib.

O, müsahibəsində Y.Məmmədəliyevin həyatı, ölümü ilə bağlı uzun illər gizli qalmış məqamlara aydınlıq gətirib. Qeyd edək ki, M. Məmmədyarov Azərbaycan Respublikasının sabiq xarici işlər naziri Elmar Məmmədyarovun atasıdır.

[gallery link="file" columns="1" size="full" ids="206338"]

Onun sözlərinə görə, üç erməni generalının fitvası ilə Y. Məmmədəliyev Nobel mükafatı ala bilməyib:

“Günlərin birində mənə zəng edib dedilər ki, Akademiyanın prezidenti Y.Məmmədəliyev sizi görmək istəyir. Etiraf edim ki, Leninqradda aspiranturanı bitirdikdən sonra orada qala bilmədim. O vaxt səni işlə təmin etmələri üçün, orada qeydiyyatın olmalı idi. Həmin qeydiyyatı almaq isə çox çətin idi. İş tapa bilmirdim.

Leninqradda azərbaycanlı bir tanışım mənə məsləhət verdi ki, Bakıda Kimya İnstitutu var, əlaqə yaradım və oraya gedim. Həmin vaxt Bakıdakı Kimya İnstitutunun direktoruna məktub yazdım. O zamanlar nə direktorun adını, nə də soyadını bilirdim. Məktubda qeyd etdim ki, Leninqradda İnstitut bitirmişəm, iş tapa bilmirəm. Cavab gəldi: “Sizə İnstitutun elmi katibi vəzifəsi təklif olunur”. Bu mənim üçün həqiqətən də göydən düşmə bir təklif oldu. Tez cavab göndərdim ki, təklifinizlə razıyam və Bakıya qayıdıram”.

– Yusif Məmmədəliyevin ölümündəki müəmmalı məqamlar nələr idi? Kimlər onun ölümünü istəyirdilər?

– O vaxt belə bir söhbət var idi ki, onun prostat xəstəliyi var. Həkimə özü deyib ki, “mənim qanım çox tez laxtalanır”. Əməliyyatdan sonra ona əlavə qan vurmaq olmazdı. Qan vurulduqdan sonra laxtalanma baş verdi. Bununla da Yusif Məmmədəliyev rəhmətə getdi.

– Bəlkə kimlərinsə onun ölümündə əli var?

– O vaxt prostat əməliyyatları çox geniş yayılmışdı. Adi bir əməliyyat idi. Gərək həkimlər məsuliyyətli olardılar. Onun yaşını da nəzərə alardılar. Yusif Məmmədəliyev həkimlərə deyəndə ki, mənim qanım tez laxtalanır, həkimlər də onun sözlərini nəzərə almalı idilər. Həkimlər onun sözlərini fikir verməyib deyiblər ki, “100 qram qan vurmaqla, sizə heç nə olmaz”. Həmin vurulan qandan sonra Məmmədəliyev dünyasını dəyişdi.

– “Molotov Kokteyli”ni kim kəşf edib?

– Onu ilk dəfə Bakıda hazırlayıblar. Benzinin içərisinə həmin maddəni vurublar. Butulkanı atırsan, sınır, hava ilə həmin maddə təmas keçir və benzinə od düşür. Onun mexanizmi budur. Bütün bunları Yusif Məmmədəliyev kəşf edib.

Qeyd edək ki, kimyaçı alim, Elmlər Akademiyasının (EA) akademiki və prezidenti, Azərbaycan SSRİ Ali Sovetinin deputatı, Azərbaycanda EA-nı yaradanlardan biri olub. Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri olub, neft kimyasının əsasını qoyub, müharibənin ağır dövründə yüksək oktanlı benzin ixtira edib. Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin böyük əhəmiyyəti olub, məhvedici “kokteylin” müəllifidir. SSRİ alimlərinin çoxu onun Nobel mükafatına namizədliyini təklif ediblər. 1957-ci il dekabrın 29-da Siyasi Büronun iclasında müzakirəyə çıxarılıb. Baş katib N.S.Xruşşov, büro üzvləri sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəliblər. Qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxıb. Sovet ordusunda xidmət edən erməni marşal Baqramyan, erməni general Babacanyan dövlət sirri, hərbi sirr olduğu üçün bu məlumatın Stokholma göndərilməsini məsləhət görməyiblər. SSRİ NS-nin sədrinin birinci müavini erməni Anastas Mikoyan çıxış edərək məktubun müəlliflərini dəstəkləyib. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Y. Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmayıb. O, 15 dekabr 1961-ci ildə Bakıda xəstəxanada əməliyyat olunduqdan sonra müəmmalı şəkildə vəfat edib.

[gallery link="file" columns="1" size="full" ids="206343,206344"]

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 17:18

Sura Mirac Abbassoyun Azərbaycan güləş yığmasında çıxış etməsinə nə mane olur? - ARAŞDIRMA

Bütün Xəbərlər
Dünən, 17:12

Əri süpürgəçi qadını 8 Martda ona verilən güllərə görə öldürübmüş...

Bütün Xəbərlər
Dünən, 16:56

AZAL Qarsa ilk reysini həyata keçirib - FOTO

Bütün Xəbərlər
Dünən, 16:52

Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: "Xalasının evində olub, amma ..." - TƏFƏRRÜAT

Bütün Xəbərlər
Dünən, 16:43

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

Bütün Xəbərlər
Dünən, 16:42

Tiktoker Müjgan həbs edildi

Bütün Xəbərlər
Dünən, 16:25

Azərbaycanlı dənizçilərin olduğu gəmi bu gün səhər Odessa sahillərində PUA hücumuna məruz qalıb

Bütün Xəbərlər
Dünən, 15:14

Yeni marketinq trendi - telefonla çəkilmiş təsadüfi fotolar

Bütün Xəbərlər
Dünən, 13:09

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Bütün Xəbərlər
Dünən, 11:50

"Kuboku kəndimizə gətirən uşaqlar idi" - Qəzada ölən futbolçuların məşqçisi DANIŞDI

Bütün Xəbərlər
Dünən, 11:41

Məleykə Abbaszadə: "Boş qalan yerlərə yenidən müsabiqə keçiriləcək"

Bütün Xəbərlər
Dünən, 11:13

Prezident İlham Əliyev Mərakeş Kralını milli bayram münasibətilə təbrik edib

Bütün Xəbərlər
Dünən, 09:55

Bakıda iki futbolçu qəzada faciəli şəkildə öldü

Bütün Xəbərlər
Dünən, 09:29

UEFA Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Bütün Xəbərlər
29 iyul 2026, 17:30

Azərbaycanda 15 yaşlı qızla evlənən bəy HƏBS OLUNDU

Bütün Xəbərlər
29 iyul 2026, 16:19

"Opera Hotel"də tutulan tanınmış cərraha 9 il həbs verildi

Bütün Xəbərlər
29 iyul 2026, 15:57

Mahir Məmmədov FIDE-nin vitse-prezidenti postuna namizəd olacaq

Bütün Xəbərlər
29 iyul 2026, 15:36

Zaqatalada 14 nəfərin dönərdən zəhərləndiyi ehtimal olunan kafenin fəaliyyəti dayandırılıb

Bütün Xəbərlər
29 iyul 2026, 15:16

Bakıda qarajların 1 kvadratmetrinin qiyməti 1 400 manatı keçib

Bütün Xəbərlər
29 iyul 2026, 13:08

Türkiyədə milyonluq fırıldaq şəbəkəsi ifşa edildi – Aralarında azərbaycanlılar da var+VİDEO

Bütün Xəbərlər
29 iyul 2026, 12:50

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu

Bütün Xəbərlər
29 iyul 2026, 12:15

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
29 iyul 2026, 11:39

Bu il 150 balla qəbul olunan ixtisasların sayı arta bilər

Bütün Xəbərlər
29 iyul 2026, 10:46

Vəfadar Misirov: "Keçid ballarında böyük dəyişiklik gözlənilmir"

Oxşar xəbərlər