Bakıda mağazalardan və gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb. Bu barədə 25 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, Yasamal rayonunda üç mağazadan ümumilikdə 960 manat pul, gözəllik salonlarının birində isə işçinin çantasından içərisində 1 550 manat pul, sənəd, bank kartları və mobil telefonu olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş S.Ağayeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.