Ukrayna vətəndaşı olan azərbaycanlı polislər raket zərbəsi nəticəsində xəsarət alıblar. Bu barədə 15 avqust tarixində Report məlumat verib.
Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinə bir neçə gün əvvəl Rusiya ordusu tərəfindən atılan növbəti raket zərbələri nəticəsində həmvətənlərimiz xidmət zamanı ağır yaralanıblar.
Bunlar Ukrayna Milli Polisinin Pokrovsk şəhəri üzrə əməkdaşları - baş çavuşlar Nuriyev Nurlan İntiqam oğlu və Nuriyev Rasim Fikrət oğludur.
Hər ikisinin vəziyyəti orta ağırdır və vilayətlərdən birindəki hospitalda müalicə olunurlar.
[gallery columns="2" link="file" size="full" ids="125677,125676"]