Ukraynada baş verən iğtişaşlarda daha bir azərbaycanlı həlak olub. Bu haqda “Karpat Seçi” könüllü dəstəsi məlumat yayıb.
Snayper qrupunun komandiri olan 29 yaşlı Elnur Həsənov martın 27-də Kiyevin müdafiəsi zamanı həyatını itirib. Soydaşımız müharibənin ilk günlərindən döyüşlərə qatılıb.
O, Rusiya qüvvələrinin mövqelərinin kəşfiyyatı zamanı digər könüllü David Qoberqişvili ilə birlikdə qətlə yetirilib. Hərbçilər minaatan mərmisinin qəlpəsindən aldıqları yara nəticəsində həlak olublar.
“Eşq olsun Elnur Həsənova! Yaşasın Azərbaycan! Yaşasın Ukrayna!”, - deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, mərhum ailəli və iki uşaq atası olub. Onun həyat yoldaşı hazırda hamilədir. Həmyerlimiz İkinci Qarabağ müharibəsində də iştirak edib.