Ukraynanın azadlığı uğrunda müharibədə daha bir azərbaycanlı gənc həlak olub. Bu barədə 8 dekabr tarixində Bizim.Media xəbər verib.
Bildirilir ki, soydaşımız Ağacanov Vasif İbrət oğlu Ukraynanın işğaldan azad olunması uğrunda döyüşlərdə həyatını itirib.
Qeyd olunub ki, Ukrayna uğrunda müharibədə həlak olan soydaşlarımızın dəqiq sayı tam bilinməsə də, hərbçilərin sayının 50-yə çatdığı barədə məlumat var.