Ukraynada ruslar tərəfindən əsir götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayev azad edilib. Bu barədə aprelin 12-də APA məlumat yayıb.
Qeyd edilib ki, bu məlumatı tələbənin atası verib. Onun sözlərinə görə, martın 17-də əsir götürülən, əslən Neftçalanın Tatarməhlə kəndindən olan H.Abdullayev Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsidir.
Azad edilən 20 yaşlı gənc Zaporojye şəhərinə yollanıb. Onun oradan Azərbaycana qayıtması istiqamətində tədbirlər görüləcək.