Ukraynanın Xarkov şəhərində güllə yarası alan Azərbaycan vətəndaşı, tır sürücüsü Samir Tahirov Moldovaya təxliyə edilib. Bu barədə martın 18-də APA Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna istinadən məlumat yayıb.
Qeyd olunub ki, ilkin dövrdə yaralının müalicəsi Xarkov şəhərində aparılıb. Bu gün isə həkimlərin rəyi nəzərə alınaraq həmvətənimiz təcili tibbi yardım maşını ilə Moldova sərhədinə doğru təxliyə edilib.
“Xarkovda vəziyyətin ağır olmasına baxmayaraq, ölkəmizin fəxri konsulluğu fəaliyyətini davam etdirməklə həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır”, - məlumatda qeyd olunub.